Saç əkimi (FUE, DHI)
Saç kökləri donor nahiyədən tək-tək götürülür və saç tökülmüş nahiyəyə köçürülür. Əməliyyat yerli anesteziya ilə aparılır.
Bakıda saç əkimi, saç tökülməsinin müalicəsi və dəri xəstəliklərinin diaqnostikası. Hər müalicə düzgün diaqnozla başlayır.


Dr. Vaqif Abdullayev Bakıda qəbul edən həkim-dermatoveneroloq, trixoloq və saç əkimi üzrə mütəxəssisdir. Azərbaycan Tibb Universitetini bitirib, dəri-zöhrəvi xəstəlikləri üzrə klinik ordinaturanı Sankt-Peterburq Diplomdan Sonrakı Tibb Təhsili Akademiyasında keçib. Hazırda Nərimanov rayonunda, Həsənoğlu küçəsi 17 ünvanında yerləşən Elit Central Hospital-da (Labco) qəbul edir.
Hər xidmət müayinə ilə başlayır: saç problemlərində trixoskopiya, dəri törəmələrində dermatoskopiya aparılır, ehtiyac olduqda analizlər təyin edilir.
Saç kökləri donor nahiyədən tək-tək götürülür və saç tökülmüş nahiyəyə köçürülür. Əməliyyat yerli anesteziya ilə aparılır.
Trixoskopiya və analizlərlə saç tökülməsinin səbəbi araşdırılır, müalicə bu səbəbə uyğun seçilir.
Saçda, qaşda və ya saqqalda dairəvi tüksüz sahələrin yarandığı autoimmun xəstəliyin müayinəsi və müalicəsi.
Seyrək qaş və saqqal nahiyəsinə xəstənin öz tük kökləri köçürülür.
Saç əkimi mümkün olmayanda və ya kifayət etməyəndə baş dərisində saç görüntüsü yaradan piqmentasiya üsulu.
Akne, rozasea, seboreya, psoriaz, ekzema, vitiliqo və göbələk mənşəli dəri xəstəliklərinin müayinəsi və müalicəsi.
Əvvəlcə dermatoskopiya ilə müayinə, sonra törəmənin növünə görə lazer, elektrokoaqulyasiya və ya cərrahi üsulun seçilməsi.
Sızanaqdan sonra qalan çapıqların və yanıq izlərinin lazerlə cilalanması.
Mimik qırışların korreksiyası, üz konturu və dodaqlar üçün dolğular, qoltuq, ovuc və pəncələrin ifrat tərləməsinin müalicəsi.
Saç problemlərinə dermatoveneroloq kimi yanaşır: saç tökülməsinin səbəbi araşdırılmadan müalicə və ya saç əkimi planlanmır.
2012-ci ildə İstanbulda «Arena Med» mərkəzinin «Saç Ekimi Uzmanı» təlim proqramını bitirib, sonrakı illərdə də həmin mərkəzdə praktiki kurslarda iştirak edib.
Saç əkimindən əvvəl trixoskopiya aparılır, xəstə qan analizləri və EKQ daxil olmaqla müayinədən keçir. Əməliyyat yalnız sağlamlıq vəziyyəti imkan verdikdə icra olunur.
Saç xətti və əkim nahiyəsi hər xəstə üçün ayrıca planlanır, əməliyyatdan sonrakı qulluq prosesi həkim nəzarətində keçir.
Seçilmiş hallarda saçları qırxmadan saç əkimi aparılır.
ATV-nin «Həkimsən» verilişində, Media.az saytında, «Kaspi» və «Каспий» qəzetlərində saç tökülməsi, saç əkimi və baş dərisi problemləri mövzularında çıxış edib.
Saç və donor nahiyənin şəkillərini WhatsApp ilə göndərirsiniz. Həkim ilkin planı və təxmini graft sayını bildirir.
Trixoskopiya ilə saç və baş dərisi yoxlanılır. Baş dərisində xəstəlik aşkarlanarsa, əvvəlcə o müalicə olunur.
Qan analizləri (ümumi, laxtalanma, infeksiyalar) və EKQ.
Saç xətti marker ilə çəkilir, yerli anesteziya verilir, saç kökləri tək-tək götürülüb əkilir. Prosedur orta hesabla 5–6 saat çəkir.
İlk günlərdə sarğı və qulluq, 3 aya qədər əkilən saçların keçici tökülməsi, sonra yeni saçların çıxması. Tam nəticə orta hesabla 8 aya formalaşır.

Dr. Vaqif Abdullayev ATV-nin «Həkimsən» verilişində saç tökülməsi və saç əkimi mövzularında çıxış edib. Media.az saytına, «Kaspi» və «Каспий» qəzetlərinə müsahibələr verib.

«Эстетика здоровых волос» (rus dilində). Müəllif: Ханум Гадирли.
Mövzu: baş dərisinin xəstəlikləri (seboreya, psoriaz, ekzema), onların diaqnostikası və müalicəsi, saç tökülməsi ilə bağlı yanlış fikirlər.
Məqaləni oxu (yeni pəncərədə açılır)«Нужно ли пересаживать волосы после облысения? Media.Az беседует со специалистом Вагифом Абдуллаевым» (rus dilində). Müəllif: Лала Ибрагимова.
Mövzu: kişilərdə saç tökülməsi, saç əkimi üsulları (FUT, DHI, FUE), əks-göstərişlər və bərpa dövrü.
Məqaləni oxu (yeni pəncərədə açılır)Saç tökülməsi, saç əkimi və ya dəri problemi ilə bağlı müayinə üçün əvvəlcədən qeydiyyatdan keçin.