Trixologiya

Saç tökülməsinin (alopesiyanın) diaqnostikası və müalicəsi

Saç tökülməsinin müalicəsi onun səbəbinin tapılması ilə başlayır. Dr. Vaqif Abdullayev əvvəlcə trixoskopiya aparır, lazım olduqda qan analizləri təyin edir. Səbəbdən və tökülmənin dərəcəsindən asılı olaraq müalicə, saç əkimi və ya saç simulyasiyası tövsiyə olunur.

Dr. Vaqif Abdullayev müayinə zamanı

Gündə nə qədər saç tökülməsi normaldır?

Dr. Vaqif Abdullayevin «Kaspi» qəzetinə müsahibəsində bildirdiyinə görə, saçı darayanda 7–8 telin tökülməsi normaldır, 15–20 tel isə problem əlamətidir. Gün ərzində 60-a qədər saçın tökülməsi normal sayılır, 100–200 saç isə ciddi problem göstəricisidir. Tökülmə normadan çoxdursa və 2 aydan artıq davam edirsə, həkimə müraciət etmək lazımdır.

Saç niyə tökülür?

Saç tökülməsinin səbəbləri müxtəlifdir və bəzən eyni insanda bir neçə səbəb birlikdə olur:

  • İrsiyyət və hormonlar — kişilərdə ən çox rast gəlinən androgenetik alopesiya;
  • hormonal dəyişikliklər və endokrin problemlər, o cümlədən polikistik yumurtalıq sindromu;
  • stress;
  • mikroelement və vitamin çatışmazlığı — məsələn, sink və dəmir çatışmazlığı;
  • autoimmun səbəblər — ocaqlı alopesiya;
  • infeksion xəstəliklər — göbələk infeksiyaları, sifilis və s.;
  • aqressiv kimyəvi təsir və ifrat staylinq;
  • saçların uzun müddət dartılması — sıx hörüklər və saç yığımları (traksion alopesiya);
  • bəzi dərman vasitələrinin təsiri;
  • şüa və kimyaterapiya;
  • çapıqlaşma;
  • bəzi hallarda səbəb müəyyən edilmir.

Dr. Vaqif Abdullayev qeyd edir ki, COVID-19-dan sonra saç tökülməsi halları xeyli artıb.

Saç tökülməsinin əsas növləri

NövXüsusiyyəti
Androgenetik alopesiyaKişi cinsi hormonları və irsiyyətin təsiri ilə, əsasən alın və təpə nahiyəsində tökülmə
Ocaqlı alopesiyaAutoimmun mənşəli, dairəvi və ya oval tüksüz sahələr
Diffuz tökülməBütün baş boyu saçların nazikləşməsi və seyrəlməsi
Traksion alopesiyaSaçların uzun müddət dartılması nəticəsində yaranan tökülmə
Total alopesiyaBaşda saçların tamamilə tökülməsi
Çapıqlı alopesiyaÇapıqlaşma nəticəsində saç köklərinin itməsi

Diaqnostika necə aparılır?

  • Trixoskopiya. Saçlar və baş dərisi xüsusi optik cihazla müayinə olunur, saç tökülməsinin tipi aydınlaşdırılır.
  • Qan analizləri. Səbəbi müəyyən etmək üçün təyin olunur. Bəzi dərmanlar təyin edilməzdən əvvəl testosteron səviyyəsi və qanın ümumi analizi mütləq yoxlanılır.
  • Əlavə müayinələr. Baş dərisində qaşınma və qabıqlanma olduqda seboreya, psoriaz, ekzema və göbələk infeksiyalarını ayırd etmək üçün trixoskopiya ilə yanaşı Vud lampası ilə müayinə, lazım olduqda dəri sıyrıntısının və ya toxuma nümunəsinin (biopsiya) müayinəsi aparıla bilər.

Saç tökülməsi necə müalicə olunur?

Müalicə səbəbə və saç tökülməsinin dərəcəsinə görə seçilir:

  • Erkən mərhələdə müalicə. Saç tökülməsi yenicə başlayıbsa, müalicə ilə tökülmənin qarşısını almaq və bəzi hallarda saçları bərpa etmək mümkündür.
  • Dərman müalicəsi. Yalnız müayinə və analizlərdən sonra həkim tərəfindən təyin edilir.
  • Regenerativ müalicə (PRP, mezoterapiya). Kurs adətən 5–6 prosedurdan ibarətdir, prosedurlar arasında 1–2 həftə və ya 1 ay fasilə olur, hər prosedur 30–40 dəqiqə çəkir. PRP və mezoterapiya
  • Müalicəvi şampunlar. Problem baş dərisi ilə bağlıdırsa effekt verə bilər, daxili səbəblərdə isə rolu olmur. Müalicəvi şampunları həkim təyin etməlidir.
  • Saç əkimi. Androgenetik alopesiyada saçlar artıq tökülübsə, saçın bərpası üçün əsas həll saç əkimidir. Müalicə və ya saç əkimi arasında seçim xəstənin yaşından və Norvud cədvəli üzrə saç tökülməsinin dərəcəsindən asılıdır. Saç əkimi
  • Saç simulyasiyası. Saç əkimi mümkün olmayanda və müalicə effekt vermədikdə alternativ ola bilər. Saç simulyasiyası

Saç tökülməsi ilə bağlı yayılmış yanlış fikirlər

  • «Saçı az daramaq tökülməyə səbəb olur». Darama baş dərisinin qan dövranına masaj kimi müsbət təsir göstərsə də, saçı daramamaq tökülmənin ciddi səbəbi deyil.
  • «Şampun, sabun və ya papaq keçəlləşməyə səbəb olur». Androgenetik alopesiyanın səbəbi hormonlar və irsiyyətdir.
  • «Qısa saç tökülməni dayandırır». Qısa saç kəsimi tökülmənin qarşısını almır.
  • «Təsərrüfat sabunu və yağlar kömək edir». Səbəb araşdırılmadan tətbiq olunan belə üsullar effektiv deyil.
  • «Rəfiqəmə kömək edən vitamin mənə də kömək edəcək». Problem eyni görünsə də, səbəb fərqli ola bilər. Səbəb tapılmadan vitamin qəbul etməyin faydası olmaya bilər.
  • «Tökülmə stressdəndir». Diaqnozu xəstə özü qoymamalıdır: tökülmə stressə aid edilsə də, daxili bir problemlə bağlı ola bilər.

Protez saç tökülmə probleminin həllidirmi?

Dr. Vaqif Abdullayevin «Каспий» qəzetinə müsahibəsində bildirdiyinə görə, yapışqanla bərkidilən saç protezləri baş dərisini qıcıqlandırır və seboreyaya səbəb ola bilər. Donor nahiyəsi olan xəstələrdə optimal həll saç əkimidir.

Sağlam saçlar üçün tövsiyələr

  • Şampunu saçın tipinə görə seçin: yağlı saçlar üçün nəzərdə tutulan şampunla quru saçı yumaq saçı daha da qurudur.
  • Qidalanmanız vitamin və mikroelementlərlə zəngin olsun. Yalnız fast-food ilə qidalanma dərinin və saçın vəziyyətinə mənfi təsir edir.
  • Spirtli içki və siqaret saçlara mənfi təsir göstərir.
  • Gün ərzində kifayət qədər, təxminən 2 litr su için.
  • Perekis tərkibli sarıldıcı boyalar saçları zədələyir və saç telinin nazikləşməsinə səbəb ola bilər.

Bu səhifədəki məlumat maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir.

Digər xidmətlər
Bütün xidmətlər

PRP və mezoterapiya

PRP xəstənin öz qanından alınan, trombositlərlə zənginləşdirilmiş plazmanın problemli nahiyəyə inyeksiya ilə yeridilməsidir.

Ocaqlı alopesiya

Ocaqlı alopesiya saçın, qaşın və ya saqqalın müəyyən sahələrdə dairəvi və ya oval formada töküldüyü autoimmun xəstəlikdir.

Saç əkimi (FUE və DHI)

Saç əkimi saç köklərinin donor nahiyədən — əsasən ənsə və gicgah nahiyəsindən — götürülərək saçı tökülmüş nahiyəyə köçürülməsi əməliyyatıdır.

Qəbul

Saç tökülməsinin səbəbini öyrənin

Saç tökülməsinin səbəbini öyrənmək üçün müayinəyə yazılın.

  • Elit Central Hospital (Labco), Həsənoğlu küçəsi 17, Nərimanov rayonu, Bakı
  • Telefon və WhatsApp: +994 55 898 50 20
Vizitkart

Dr. Vaqif Abdullayev

Həkim-dermatoveneroloq, trixoloq, saç əkimi üzrə mütəxəssis

Vizitkartın QR kodu

Telefonunuza əlavə edinTelefonun kamerası ilə QR kodu skan edin və kontaktı yadda saxlayın.

Tez-tez axtarılanlar

↑ ↓ seçim · Enter aç · Esc bağla