1. Sterilizasiya qaydalarına əməl olunmaması
Hepatit B, hepatit C və HİV kimi infeksiyaların yayıldığı dövrdə hər bir əməliyyatdan və tibbi müdaxilədən əvvəl istifadə olunan cihazlar və ləvazimatlar mütləq sterilizasiya edilməlidir. Steril olmayan mühit infeksiya riski yaradır.
2. Prosedurun tibbi təhsili olmayan şəxslər tərəfindən aparılması
Saç əkimi təcrübə tələb edən ciddi əməliyyatdır. Prosedurun tibbi təhsili və ixtisası olmayan şəxslər tərəfindən aparılması xəstənin sağlamlığı və nəticə üçün risk yaradır.
3. Sağlamlıq vəziyyətinin qiymətləndirilməməsi
Əməliyyatdan əvvəl xəstənin sağlamlığı yoxlanılmalıdır: trixoskopiya, qan analizləri və EKQ aparılır. Saç əkimi yalnız sağlamlıq vəziyyəti imkan verdikdə icra olunmalıdır.
4. Donor nahiyənin geri dönməz zədələnməsi
Saç əkiminin ən həssas mərhələsi saç köklərinin götürülməsidir. Saç kökü götürülərkən zədələnərsə, əkilən saç çıxmaya və son nəticə qənaətbəxş olmaya bilər. Donor nahiyənin düzgün işlənməməsi isə geri dönməz zədəyə səbəb ola bilər.
5. Təbii görünməyən, seyrək və uğursuz nəticə
Yalnız qiymətə əsaslanan seçim təbii görünməyən, seyrək və uğursuz nəticə ilə nəticələnə bilər.
6. Əməliyyatdan sonra nəzarətin olmaması
Əməliyyatdan sonrakı dövrdə həkim nəzarəti və tibbi dəstək vacibdir. Xüsusilə ilk 10 gün qulluq tövsiyələrinə düzgün əməl olunmalıdır.
Klinika seçərkən nələri soruşmalı?
- Əməliyyatı kim aparacaq və onun tibbi ixtisası nədir?
- Əməliyyatdan əvvəl hansı müayinələr və analizlər aparılır?
- Sterilizasiya qaydalarına necə əməl olunur?
- Donor nahiyə və əkim sahəsi necə planlaşdırılır?
- Əməliyyatdan sonra həkim nəzarəti necə təşkil olunur?
Bu məqalə maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir.